AZ

2050-ci ilə qədər gənclərin 40 faizində miopiya ola bilər - ARAŞDIRMA

Yeni hesablamalara görə, dünyada sürətlə artan miopiya epidemiyası həyəcan verici səviyyələrə çatır. 

News24.az xəbər verir ki, 2050-ci ilə qədər 740 milyondan çox uşaq və yeniyetmənin uzaq məsafələrdə olan obyektləri görməkdə çətinlik çəkə biləcəyi proqnozlaşdırılıb.

Bu həyəcanverici proqnozlar 2023-cü ilə qədər 50 ölkədən toplanmış məlumatların qlobal icmalına əsaslanıb.

1990-2023-cü illər arasında 5-19 yaşlı insanlarda miopiyanın qlobal nisbəti 24 faizdən 36 faizə yüksəlib.

Miopiyanın nisbətinin ən yüksək olduğu ölkə 86 faiz ilə Yaponiya olarkən, ən aşağı nisbət 0,84 faiz ilə Paraqvayda müşahidə olunub.

Əgər uşaqlar və yeniyetmələr arasında nisbət bu sürətlə artmağa davam edərsə, 2050-ci ilə qədər dünya üzrə gənc əhalinin təxminən 40 faizinin miopiyaya məruz qalacağı gözlənilir.

Xüsusilə Asiyada bu nisbətin 70 faizə yaxınlaşa biləcəyi təxmin edilib.

Bildirilib ki, son 30 ildə, xüsusilə 2020-ci ildən sonra təkcə bir neçə regionda deyil, bütün dünyada miopiya nisbətlərinin artması müşahidə olunub.

Tədqiqat British Journal of Ophthalmology jurnalında dərc olunub.

Məryəm İlhamqızı

Seçilən
12
news24.az

1Mənbələr