AZ

Peter Mixalko COP29 Nümayəndəliyinin ofisinə baş çəkib - FOTO

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko COP29 Nümayəndəliyinin ofisində olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, "X" hesabında paylaşım edib.

“Xarici işlər nazirinin müavini və COP29 üzrə aparıcı müzakirəçi Yalçın Rəfiyevlə çox konstruktiv görüşə və Bakıda keçiriləcək COP29 ilə bağlı Aİ səfirləri ilə yaşıl diplomatiyaya dair müzakirəyə görə minnətdarıq”, - Mixalko qeyd edib.



Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr