AZ

Bakının Nizami rayonunda yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
2
17
azpolitika.info

10Mənbələr