AZ

Məşhur futbolçu Argentina klubu ilə müqaviləsini yenilədi

“Boka Xuniors”un hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.

Rekord.az xəbər verir ki, uruqvaylı futbolçu Argentina klubu ilə əməkdaşlığını uzatmaq qərarına gəlib. Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.

37 yaşlı hücumçunun transfer dəyəri 1 milyon avro qiymətləndirilir.

Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında 19 oyun keçirib, 9 qol vurub.
 

Seçilən
2
2
rekord.az

3Mənbələr