AZ

“Barselona”nın əsas transfer hədəfi

"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı 2025-ci ilin yayında əsas transfer hədəfi kimi müəyyənləşdirib.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, Kataloniya klubunun prezidenti Joan Laporta yenidən qurulan Kamp Nou stadionunun açılışı üçün ulduz futbolçu ilə müqavilə imzalamaq arzusundadır. Eyni zamanda, Blaugrana düşərgəsi "şəhərlilər"lə müqaviləsi 2027-ci ilin yayına qədər davam edən norveçli hücumçunun transferi üçün "Mançester Siti"yə son dərəcə əhəmiyyətli pul ödəməli olacaqlarını bilir.

Bu mövsüm Haaland bütün turnirlərdə doqquz matçda iştirak edib və 11 qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Seçilən
20
90deqiqe.az

1Mənbələr