AZ

Salyanda QƏZA: Xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Salyan rayonu ərazisində minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
AZƏRTAC-ın məlumatına görə, hadisə saat 17:00 radələrində Salyan rayonunun Xalac kəndi ərazisində baş verib.
Minik avtomobili yolda olan iribuynuzlu heyvana görə idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı xəsarət alanlar - Sevinc Babayeva, Kənan Babayev, Vüsalə Babayeva, Allahşükür Babayev və Sevgül Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
19
7
oxu.az

10Mənbələr