AZ

Gürcüstanda parlament seçkisində qan töküləcək? - ABŞ səfirliyi öz vətəndaşlarına xəbərdarlıq elədi

ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

“ABŞ vətəndaşlarına 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına görə ehtiyatlı olmağı və diqqətli olmağı xatırladırıq.

Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq edilmədən aksiya iştirakçılar, hakimiyyət tərəfdarları və polis arasında qarşıdurmalar, zorakılıq baş verə bilər”, - ABŞ səfirliyinin müraciətində qeyd edilib.

Seçilən
3
10
mia.az

10Mənbələr