AZ

Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb

Azərbaycan və Kolumbiyanın Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Kolumbiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortis rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Kolumbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və daxili işlər sahələrində əlaqələrin inkişaf etdirilməsi, rəsmi sənədlərin leqallaşdırılması və ya onlara apostilin verilməsinin rəqəmsallaşdırılması, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

Seçilən
3
19
yeniazerbaycan.com

10Mənbələr