AZ

“Kür” Afinada ilk matça çıxır

Qadın həndbolçulardan ibarət “Kür” klubu Avropa kubokunda ilk oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Mingəçevir klubu 2-ci mərhələdə “İonias”la qarşılaşacaq.

Hər iki matç Afinada keçiriləcək. “Kür” ilk görüşdə nominal meydan sahibi olacaq.

Qeyd edək ki, cavab oyunu sabah keçiriləcək.

Avropa kuboku
2-ci mərhələ, ilk oyun
5 oktyabr
19:00. “Kür” (Azərbaycan) – “İonias” (Yunanıstan)
Hakiimlər:
Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro)
Afina. Nea İonia Gimnastrium

İdman.biz

Seçilən
26
idman.biz

1Mənbələr