AZ

Dopinqə görə verilən cəzasının müddəti azaldıldı - Pol Poqbanın

“Yuventus”un ulduzu Pol Poqbanın dopinqə görə verilən cəzasının müddəti azaldılıb.

Sportinfo.az “MailSport”a istinadən xəbər verir ki, 31 yaşlı fransalı futbolçuya verilən cəzanın müddəti 4 ildən 18 aya azaldılıb.

O, 2025-ci ilin yanvar ayından etibarən İtaliya təmsilçisi ilə birgə məşq edə biləcək. Rəsmi matçlara çıxmağa icazə isə mart ayından etibarən veriləcək.

Pol Poqba bu ilin qışında dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunmuşdu.

Seçilən
9
sportinfo.az

1Mənbələr