AZ

"Toydan sonra ingilis qayınanam mənimlə görüşmədi" — Xalq artisti

"Həyat yoldaşım Böyük Britaniya vətəndaşıdır. Toyumuzu Bakıda etdik. Toydan sonra İngiltərəyə, qayınanamla görüşə getdim. O, məni qarşılamadı. Bu, xətrimə dəymişdi".

Bu fikirləri APA TV-nin "Sözüm var" proqramında opera müğənnisi, Xalq artisti Fidan Hacıyeva səsləndirib.

"O, evdə bütün hazırlıqları görüb harasa getmişdi. Yeməklər hazırlayıb üstünə kiçik vərəqlərdə "qızdırın yeyin, nuş olsun" şəklində qeydlər yazmışdı. Mən həyat yoldaşımdan soruşanda ki, "o, niyə mənimlə görüşmədi?", bildirdi ki, anası mənim yeni mühitə alışmam, özümü evimdə hiss etməmi istədiyi üçün gedib. 2 gün sonra qayınanam gəldi. O, çox aristokrat qadın idi", - deyə Xalq artisti bildirib.

Seçilən
1
11
demokrat.az

10Mənbələr