Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-nin nüvə sınaqlarını bərpa etməsinə güzgü effekti ilə cavab veriləcəyini vəd edib. O, bu barədə RT telekanalının efirində bildirib.
“Əgər bu proseslər başlasa, yəni ABŞ-nin nüvə sınaqlarını bərpa etmək istiqamətinə baxsa, biz də geri qalmayacağıq, dərhal eyni şəkildə cavab verəcəyik”, - o qeyd edib.
Bundan əvvəl Ryabkov bildirmişdi ki, Rusiya ilk olaraq sınaqlar keçirməyə hazırlaşmır. Lakin Kreml ABŞ-nin müvafiq hərəkətlərinə cavab verə bilər.
Xatırladaq ki, iyun ayında ABŞ iki qitələrarası ballistik raket buraxdığını elan etmişdi.
Tural