AZ

Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər

Milli Məclisin deputatları Qazaxıstanın Astana şəhərində səfərdədirlər.

Bu barədə Xezerxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputatlar Aydın Mirzəzadə, Anar Məmmədov Milli Məclisin xətti ilə, Elman Nəsirov, Azər Badamov, Müşfiq Məmmədli isə Türk Dövlətləri Təşkilatının müşahidə missiyasının tərkibində Qazaxıstanda oktyabrın 6-na təyin olunmuş referendumu müşahidə edəcəklər.

Deputatlarımız Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı keçiriləcək referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaq, yaradılmış şəraitlə yaxından tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

Seçilən
2
15
xezerxeber.az

10Mənbələr