AZ

"Barselona" Fati ilə bağlı planlarını dəyişdi

"Barselona"nın yarımmüdafiəçisi Ansu Fati qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubu Fati üçün aldığı icarə təkliflərini dəyərləndirməyə hazırdır.

Baş məşqçi Hans-Diter Flik 21 yaşlı oyunçunun xidmətlərindən yararlanmaq istəsə də, onun mövsümün əvvəlində zədələnməsi və məşqlərdən kənarda qalması planları dəyişib.

Qeyd edək ki, Fati ötən mövsümün böyük hissəsini icarə əsasında İngiltərənin “Brayton” klubunda keçirib. O, Premyer Liqada 19 matçda 2 qol vurub.

Seçilən
3
6
fanat.az

7Mənbələr