AZ

Pezeşkian özünə müavin təyin etdi

İran Prezidenti Məsud Pezeşkian Əli Rəbiini özünün sosial məsələlər üzrə müavini təyin edib.

Olaylar bildirir ki, bu barədə "İrna" məlumat yayıb.

"Rabii prezident üçün "səssizlərin səsi" olmalıdır" - deyə, Pezeşkian şənbə günü verdiyi fərmanında vurğulayıb.

Qeyd edək ki, Rabii bundan əvvəl 2019-2021-ci illərdə İran hökumətinin sözçüsü, 2013-2018-ci illərdə İranın kooparativlər əmək və sosial təminat naziri vəzifələrində çalışıb. O, eyni zamanda Tehran Universitetinin professorudur. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
8
olaylar.az

9Mənbələr