AZ

Uzun müddət evli qalan qadınlara əməkhaqqı VERİLƏCƏK?

Türkiyə Böyük Millət Məclisinə maraqlı təkliflər verilib. 

Bizim.Media-ya Türkiyə mediasına istinadən xəbər verir ki, Müraciətlər Komissiyasına göndərilən minlərlə vətəndaş ərizəsi arasında bəzi tələblər diqqət çəkib.

Tələblər arasında uzun müddət evli qalan qadınlara əməkhaqqı verilməsi, dönmə hərəkətini yerinə yetirərkən siqnal verməyən sürücülərin sürücülük vəsiqəsinin ləğv edilməsi, küçə toylarının və atəşfəşanlığın qadağan edilməsi, sahibsiz itlərin evtanaziyasına cavab olaraq evtanaziya istəyi yer alıb.

Müxtəlif peşə qruplarına, qeyri-hökumət təşkilatlarına, həmkarlar ittifaqlarına və ictimai qurum olan peşə təşkilatlarına qanun təklif etmək səlahiyyətinin verilməsi barədə də müraciətlər edilib. 

Komissiyaya təqdim edilən müraciətlər arasında qohum nikahlarının qarşısının alınması, 65 yaşdan yuxarı vətəndaşların pulsuz səyahət hüquqlarının aradan qaldırılması, cinayətkarların ölkədən uzaqlaşdırılması, təqaüdçülərə nəqliyyat vasitəsi alarkən vergi endirimi və motosikletlər üçün maksimum sürət həddinin artırılması daxildir.

Günay Şahmar, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr