AZ

100 milyon dərəcə temperatur, güclü partlayış,1 trilyon tondan ağır plazma- Günəşdə baş verən dəyişiklik Yerdə necə hiss olunur?

Dünyada baş verən qlobal iqlim dəyişkliyi daha ciddi vəziyyət alıb. İndi qalaktikada da dəyişiklik müşahidə olunur. Günəş sistemində baş verənlər alimləri ciddi narahat etdiyindən araşdırmalar aparılır.

KONKRET.az xəbər verir ki, məlum olub ki, iki həftəlik sakitlikdən sonra Günəşdə yenidən canlanma artıb. Müşahidələr göstərir ki, sentyabrın 29-dan onun fəaliyyətinin bütün əsas göstəriciləri artmağa başlayıb. Yerə yaxın fəzada günəş rentgen şüalarının axını 50% artıb. Günəş ləkələrinin sahəsi də eyni miqdarda çoxalıb. Onun son dərəcə güclü parıltı yaratmaq üçün bu qədər tez enerji toplaya bilməsi alimlər üçün sürpriz olub. Bu hadisə oktyabrın 2-nə keçən gecə baş verib.

Həftənin əvvəlində astronomlar 3842 nömrəli böyük günəş ləkələri qrupuna diqqətlə baxıblar. Qrup alov təhlükəsinin ən yüksək kateqoriyası kimi təsnif edilib. Bu sahə sürətlə böyüyüb və bu, maqnit enerjisinin orada aktiv şəkildə vurulduğunu və hər an alışa biləcəyini göstərirdi.

Düzdür, ərazi Yer istiqamətindən 40 dərəcə bucaq altındadır. Bu isə o deməkdir ki, parlama baş verərsə, materiya planetimizin yanından keçəcək. Ancaq cümə günündən etibarən bu potensial təhlükəli zona birbaşa Günəş-Yer xəttinə daxil olub.

Oktyabrın 1-nə keçən gecə 3842 saylı ərazidə M7.6 səviyyəli dəyişiklik müşahidə edilib. Bu, ən yüksək səviyyəyə çatmasa da, 14 sentyabrdan bəri Günəşdə ən böyük hadisədir.

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Yer-Günəş İnstitutunun məlumatında deyilir: “Günəş aktivliyinin 20 illik pik nöqtəsinə çatdığı avqust ayından bəri enerjisini bərpa edir. Bu səbəbdən bir aya tam enerji bərpası mümkün olmadığından hələlik kəskin artım gözləmək çətindir. Eyni zamanda, yaxın günlərdə Yer silkələməyə başlaya bilər, çünki indi ən aktiv proseslər Günəş-Yer xəttinin yaxınlığında cərəyan edir. Böyük məşəllərin Yerə toxunmaq ehtimalı var”.

Mərkəzdə temperatur 100 milyon dərəcəyə yüksəlib
Oktyabrın 2-nə keçən gecə Güqnəşin səthində fövqəladə güclü partlayış qeydə alınıb. Laboratoriyanın rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Sergey Boqaçevin sözlərinə görə X7.1 səviyyəli alışma tam olaraq Günəş diskinin mərkəzində, Yerə maksimum təsir zonasında baş verib. Hazırkı günəş tsiklinin başlanğıcından bəri, yəni son yeddi il ərzində yalnız bir dəfə, bu ilin may ayında daha güclü partlayış qeydə alınıb. Son iki gündə günəş aktivliyinin armasından sonra, Günəşin belə güclü partlayış üçün enerji toplaya bilməsi tamamilə sürpriz oldu- deyə Boqaçev bildirib.

Fövqəladə parlamanın videoyazısını şərh edən mütəxəssis qeyd edib ki, bu, alimlərin diqqətlə izləməyə başladığı 3842 saylı günəş ləkəsinin ərazisində baş verib. Partlayış zamanı məşəlin mərkəzindəki temperatur 100 milyon dərəcəyə yüksəlib! Bu, Günəşin nüvəsindəki temperaturdan bir neçə dəfə yüksəkdir.

Fırtınanın iki zirvəsi olacaq…

Mütəxəssislər qeyd edirlər ki, partlayış fövqəladə güclü olsa da, günəş materiyasının (plazma) emissiyasının gözlənilən səviyyədən zəif olduğu ortaya çıxıb. Buna baxmayaraq, günəş plazması buludunun Yerin maqnitosferinə təsiri hələ də davam edəcək. Alimlərin fikrincə, o, bizə cümə axşamı axşam saatlarından təsir etməyə başlayıb. Boqaçev daha sonra əlavə edib ki, plazma buludunun frontal hissəsi saniyədə təxminən 900 km sürətlə hərəkət edir və buna görə də bu peoses təxminən 46 saat çəkə bilər. Plazma buludunun kütləsi təxminən 1 trilyon ton qiymətləndirilir. Bu, orta səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir.”

Hesablamalara görə, tufan dünəndən başlayıb. Mütəxəssis qeyd edib ki, hazırda günəşdəki tufanın ikinci mərhələsi baş verir. Günəşdəki aktiv mərkəz daha beş gün Yerə təsir zonasında qalacaq. Məlumatda bildirilir ki, orada protonlar da daxil olmaqla, X sinif məşəlləri gözlənilir.

Yer kürəsində müəyyən vaxtlarda qısa dalğalı radio rabitə şərtlərinin pisləşməsi də proqnozlaşdırılır. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar lazımsız narahatlıqlardan qaçmalıdırlar. Alimlər bu müddətdə duz qəbulunu azaltmağı və daha çox su içməyi məsləhət görür.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
73
9
konkret.az

10Mənbələr