AZ

Azərbaycan neftinin qiyməti 81 dolları ÖTÜB » AzadMedia.az


"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 faizə yaxın artıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,79 % artaraq 81,47 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
Seçilən
2
49
azadmedia.az

10Mənbələr