ABŞ-ın cənub-şərqində “Helen” qasırğası geniş dağıntılara və yüzlərlə insanın ölümünə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, son məlumatlara görə, 200-dən çox insan ölüb, yüzlərlə insan isə itkin düşüb.
Ağ Evin bəyanatında deyilir ki, qoşunlar ərzaq, su və digər həyati resursların çatdırılmasına dəstək verəcəklər.
12 ştatdan 6000-dən çox Milli Qvardiyanın üzvü fəlakət bölgələrinə yerləşdirilib.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Aleyandro Mayorkas xəbərdarlıq edib ki, yaxın aylarda ABŞ-ı daha bir qasırğa vurarsa, federal hakimiyyət orqanları yardım göstərməkdə çətinlik çəkəcək.
Onun sözlərinə görə, Bayden administrasiyası bölgəyə 8,8 milyondan çox yemək, 7,4 milyon litr su, 150 generator ayırıb.