AZ

Maykl Cordanın ilk oyununa bilet hərraca çıxarılır

Əfsanəvi oyunçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasında debüt oyununa bilet və onun avtoqrafı olan kart hərraca çıxarılıb. Bu barədə WGN-TV məlumat yayıb.

Əşyalar oktyabrın sonuna qədər hərraca çıxarılacaq. Qalib şəxsə həmçinin, Cordanın avtoqraf sessiyalarından eksklüziv fləş disk hədiyyə ediləcək.

Xatırladaq ki, Cordan MBA-da debüt oyununu “Vaşinqton Bullets”ə (indiki Vaşinqton Vizards) qarşı keçirib. Matçda Maykl 16 xal toplayıb, 6 ribaund, 7 məhsuldar ötürmə edib. Görüş 109:93 hesabı ilə “Çikaqo”nun xeyrinə başa çatıb.

Seçilən
12
3
futbolinfo.az

4Mənbələr