AZ

Millimiziş DÇ-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq

Çimərlik futbolu millimiz İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun 2-ci turunda Gürcüstan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14.45-də başlayacaq.

1-ci turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.

Seçilən
3
9
football-plus.az

10Mənbələr