AZ

CHP sədri: "Ərdoğan gələndə yenə ayaxa qalxaram"

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl son açıqlaması ilə yenidən diqqətləri üzərinə çəkib.

Turkustan.az xəbər verir ki, CHP sədri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrkən ayağa qalxması barədə danışıb.

O, Ərdoğan gələndə yenə də ayağa qalxacağını deyib:

"Rəcəb Tayyib Ərdoğan parlamentdə danışanda mən 6 il ərzində ayağa qalxmadım. Lakin buna görə kimsə gəlib mənə medal vermədi.

İndi ayağa qalxdığım üçün də medal almadım. Buna baxmayaraq, Ərdoğan parlamentdə gələndə yenə ayağa qalxacağam, yenə ayağa qalxacağıq".

Qeyd edək ki, 1 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olarkən CHP sədri Özgür Özəl və siyasi partiyanı təmsil edən deputatlar ayağa qalxıblar. Bu, CHP-li deputatların Ərdoğan parlamentdə gələrkən 5 il sonra ilk dəfə ayağa qalxması olaraq diqqət çəkib. /cebheinfo.az/

Seçilən
1
1
turkustan.az

2Mənbələr