AZ

Avropa Kuboku: “Azəryol” ilk matçına çıxacaq

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu avrokuboklarda mübarizəyə başlayır.

Təmsilçimiz Avropa kubokunun 2-ci mərhələsində ilk oyununa çıxacaq.

Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə görüşəcək. Hər iki qarşılaşma paytaxtımızda baş tutacaq. “Azəryol” ilk oyunda meydan sahibi sayılacaq.

Qeyd edək ki, cavab oyunu sabah keçiriləcək.

Avropa kuboku
2-ci mərhələ, ilk oyun
5 oktyabr
17:00. “Azəryol” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna)

Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro)

Seçilən
3
2
cbcsport.az

3Mənbələr