AZ

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

Bakı Dövlət Universitetinin (BDU) dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, BDU tələbələrindən Sevil Gülməliyeva, Aysel Səlimova, Semral Bababəyli və Nurlan Hüseynov Prezident təqaüdünə layiq görülüblər.

Xatırladaq ki, oktyabrın 5-də Prezident İlham Əliyev “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb.

Seçilən
0
4
ikisahil.az

5Mənbələr