AZ

Bosniya və Herseqovina çempionatının bütün oyunları təxirə salınıb

Bosniya və Herseqovina Futbol Federasiyası ölkədəki daşqınlar səbəbindən bu həftəsonu ölkə çempionatının bütün oyunlarını təxirə salıb.

Bu barədə "Sport-Express" portalına istinadən xəbər verib.

Hələlik təxirə salınan oyunların nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Bosniya və Herseqovinanın cənubunda baş verən daşqınlar nəticəsində 14 nəfər həyatını itirib.

Mənbə: oxu.az

Seçilən
18
2
oxu.az

3Mənbələr