AZ

Bill Qeyts süni intellektin təhlükəsindən danışdı - Bu 3 səbəb...

Microsoft-un qurucusu Bill Qeyts amerikalı jurnalist Kar Swisher-ə verdiyi son müsahibəsində süni intellektin inkişafı ilə bağlı narahatlığını bildirib.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, Qeyts diqqət mərkəzində saxlanılmalı olan üç əsas məsələni qeyd edib. Milyarder ilk növbədə cinayətkarların süni intellektdən kibercinayətlər, bioterrorizm, eləcə də müharibələr aparmaq üçün istifadə edə biləcəyindən narahatdır.

Qeyts bildirib ki, bu cür manipulyasiyalara müqavimət göstərə biləcək belə bir süni intellekt yaratmaq lazımdır. İkincisi, Qeytsin fikrincə, əmək bazarında dəyişikliklərin sürətlənməsidir. Qeyts hesab edir ki, insan işçilərinin kütləvi şəkildə ixtisarı və onların süni intellektlə əvəzlənməsi başlaya bilər. Üçüncüsü, Qeyts gələcəkdə bəşəriyyətin süni intellektə nəzarəti itirəcəyi bir məqamın gələcəyini istisna etməyib. Amerikalı milyarderin fikrincə, bu, süni intellektlə bağlı yarana biləcək ən ciddi problemdir.

Seçilən
2
3
news24.az

4Mənbələr