Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Əsas mərhələnin 2-ci turunun oyunlarında özünü ən yaxşı tərəfdən göstərən oyunçular arasında Karim Adeyemi UEFA-nın saytında keçirilən səsvermədə daha çox səs toplayıb. “Borussiya”nın (Dortmund) hücumçusu “Seltik” ilə matçda komandasının 7:1 hesablı qələbəsində 3 qol vurmaqla rol oynayıb.
22 yaşlı futbolçu həftənin ən yaxşı futbolçusu adına digər namizədləri - Mehdi Taremi (İnter), Duşan Vlahoviç (Yuventus) və Abdalla Simanı (Brest) arxada qoyub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta