AZ

İdmançımız beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışında təmsil edən Vladimir Litvintsev Qazaxıstanın paytaxtı Astanada keçirilən Denis Ten Memorialında gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) məlumat yayıb.

İdmançımız qısa və sərbəst proqramda çıxış edib. O, 12 idmançı arasında 246.00 xal toplayaraq yekun nəticədə 2-ci yeri tutub.

Seçilən
3
7
publika.az

9Mənbələr