AZ

Emreli start "11-lik"də yer aldı, komandası...

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv "Pröyssen Mönster"i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.

Start "11-lik"də yer alan Emreli 72-ci dəqiqədə əvəzlənib. O, məhsuldar göstəricilərlə diqqət mərkəzinə düşməyib.

Bu nəticədən sonra xa hesabını 10-a yüksəldən "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Seçilən
4
fanat.az

1Mənbələr