AZ

Dələduzluq yolu ilə hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Dələduzluq edərək hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, Bakı şəhər sakini olan bir nəfər onu aldadan şəxsin öz hesabına 10 200 manat ödətdirməsi barədə polisə müraciət edib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 25 yaşlı Z.Zülfüqarov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 5 Oktyabr 2024, 20:03   
Seçilən
4
13
pravda.az

10Mənbələr