AZ

Renat oynadı, komandası bərabərə qaldı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında 8-ci turun oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Renat Dadaşov oyuna ehtiyatda başlayıb. O, 69-cu dəqiqədə Kevin Varqanın yerinə meydana daxil olub.

Qeyd edək ki, "Ankaragücü" turnir cədvəlində 10 xalla 13-cü yerdədir.

Seçilən
6
1
bakivaxti.az

5Mənbələr