AZ

Həsən Nəsrullahın varisi öldürülüb

Cümə axşamı İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsindəki yeraltı sığınacağa hücumundan sonra Həsən Nəsrullahın varisi olaraq görülən  Seyid Haşim Səfiəddinin vəziyyəti hələ də qeyri-müəyyən olaraq qalır. 
Sherg.az xəbər verir ki, Qətər mərkəzli "Əl-Cəzirə" xəbər kanalının xəbərinə görə, Livan təhlükəsizlik mənbələri  açıqlamalarında Səfiəddinlə dünəndən bəri heç bir əlaqənin olmadığını bildiriblər. Adı açıqlanmayan mənbələr xilasetmə qruplarının İsrailin hücumları səbəbindən ərazini araşdıra bilmədiyini bildirib.

İsrail mediası İsrail təhlükəsizlik rəsmilərinin Səfiəddinin  öldürüldüyünə getdikcə daha çox əmin olduğunu bildirsə də, Hizbullah hücumdan sonra  Səfiəddin haqqında heç bir açıqlama verməyib.
Seçilən
232
50
sherg.az

10Mənbələr