AZ

ABŞ Konqresinin son addımı beynəlxalq hüquqa zidd olan pozucu fəaliyyətdir -AÇIQLAMA

Azərbaycan xalqı məhz Pezident İlham Əliyevin  dəmir yumruğu, dəmir iradəsi ilə Böyük Zəfər qazandı. Tarixi torpaqlarımız işğaldan azad edildi,  bütövlüyümüz və suverenliyimiz təmin edildi. Biz yenidən Qarabağlı Azərbaycan olduq! Bu Böyük Zəfərin ünvanı, müəllifi, təminatçısı Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.  Bu Zəfər bölgədə sülhün və sabitliyin təmininə gedən yolda  yeni və möhkəm bir cığır açdı. Azərbaycan dünyaya öz varlığını, gücünü bir daha nümayiş etdirdi. Bütün dünya ölkəmizin siyasi iradəsini və ədalət prinsiplərini bir daha gördü.  İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir sürətlə qurulur, inkişaf edir. Ölkəmizin nüfuzu  hər ötən gün daha da artır. Azərbaycan bölgənin söz sahibi, iradəsilə hesablaşırlan güclü lider bir ölkəsinə çevrilir. Və elə bu faktın özü ölkəmizə dostlar qazandırmaq bərabər, bədxahlarımızın da sayını artırır. 

Bu fikirləri “İki sahil”ə açıqıamasında Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirdi. 

Milli Məclisin deputatı qeyd etdi ki, cəmi bir aydan sonra  Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu əhəmiyyətli tədbirin keçiriləcəyi məkan olaraq Azərbaycanın seçilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə  inamını və etimadını bir daha sübut edir. Lakin təəssüflər olsun ki, bəzi Qərb qüvvələri, xüsusilə ABŞ Konqresinin bəzi üzvləri bu danılmaz faktı görmək və qəbul etmək istəməyərək, ölkəmizə təzyiq metodlarını davam etdirməyə  cəhd göstərirlər. Prezident İlham Əliyevin, Cəbrayıl rayonunda çıxışı zamanı da vurğuladığı kimi, heç bir əsası olmayan bu təzyiqlər, irəli sürülən arqumentlər Azərbaycan xalqının və dövlətinin iradəsi qarşısında çox gücsüz və zəifdir. Azərbaycanın həm ölkədə, həm də bölgədə ədalət və sabitliyi təmin etmək yolundakı qətiyyətli mövqeyi dəyişməz olaraq qalacaq. Bölgədə süni olaraq yeni münaqişə ocaqları yaratmaq əzmində olan, siyasətini ikili standartlar üzərində quran  qüvvələr Azərbaycanın Dəmir İradəsini, Dəmir Yumruğunu bükə bilməyəcəklər. ABŞ Konqresinin bu son addımı beynəlxalq hüquqa daban-dabana zidd olan, pozucu fəaliyyətdir. Azərbaycan xalqı ölkəsinə qarşı çevrilən hər hansı təxribatla mübarizədə daim dövlətinin yanındadır və ədalət hər zaman qalib gələcək.

Jalə Əliyeva vurğuladı ki, Milli Məclisin bir qrup deputatının Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyinə bu və bu kimi hallara qarşı ciddi  tədbirlər görülməsi üçün etdiyi müraciətdə də bildirildiyi kimi, Azərbaycan heç vaxt təzyiqlərə boyun əyməyib və xalqımıza qarşı yönəlmiş haqsızlıqlara həmişə layiqli cavab verib. Azərbaycan xalqının iradəsi sarsılmazdır. Bir daha qeyd etməyi özümə borc bilirəm ki, ölkəmizin suverenliyini və sabitliyini təhdid edən bütün qüvvələrə qarşı mübarizədə daim Dövlətimizin və Prezidentimizin yanındayıq!

Şəmsiyyə Əliqızı, "İki sahil"

Seçilən
0
2
ikisahil.az

3Mənbələr