AZ

''Trabzonspor'' ''heç-heçə xəstəliyi''ndən qurtula bilmir

Türkiyə çempionatının 8-ci turunda ''Trabzonspor'' ''Hatayspor''un qonağı oldu.

Trabzon təmsilçisi bu mövsüm növbəti dəfə favorit statusunu doğrulda bilmədi. Komanda erkən buraxdığı qola ikinci hissədə cavab verdi və görüş 1:1-lik bərabərliklə yekunlaşdı. Şenol Günəşin komandası sanki bu mövsüm heç-heçə xəstəliyinə tutulub. Düzdü, ''Trabzonspor'' 7-ci oyunda da uduzmadı. Amma komanda bu 7 oyunun 6-dan heç-heçə ilə ayrılıb. Qaradənizlilər turnirin tarixində mövsümün ilk 7 oyunundan 6 bərabərliklə ayrılan 5-ci komanda oldu.

Daha öncə belə göstərici 2015/16-da ''Sivasspor''da, 1986/87-də ''Gənclərbirliyi''ndə 1979/80-də ''Zonquldakspor''da və 1973/74-də ''Boluspor''da olmuşdu. Onu da bildirək da bildirək ki, ''Trabzonspor'' tarixində ilk dəfə superliqada ilk 4 səfər matçının hamısından heç-heçə ilə ayrılmış oldu.

ƏLİ

Seçilən
21
football-plus.az

1Mənbələr