AZ

İsraildə terror aktı – VİDEO

İsrailin cənubunda Beerşeba şəhərində terror aktı törədilib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Qeyd olunub ki, 25 yaşlı qadın dünyasını dəyişib, 11 nəfər isə yaralanıb.

Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı İsrail polisi də teleqram kanalında məlumat yayıb.

“Terrorçu zərərsizləşdirilib, cənub bölgəsindən çoxsaylı polis qüvvələri hadisə yerindədir”, – deyə qeyd olunub.

Seçilən
3
1
medianews.az

3Mənbələr