AZ

“Atəşlə oynama!” - Netanyahuya SƏRT XƏBƏRDARLIQ

“İran düşmənləri ilə mübarizə aparmaq üçün bir sıra ssenarilər hazırlayıb”.

Musavat.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tanqsiri deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahuya “atəşlə oynamamağı” məsləhət görüb:

“Sionist rejim İslam Respublikasına qarşı hərbi əməliyyat ritorikasını artırdığına görə İran istənilən şəraitdə öhdəsindən gəlməyə tam hazırdır”.

Əli Rza Tanqsiri qeyd edib ki, İranın hər bir vəziyyət üçün planları var, bunlardan biri gələcək insidentlərlə bağlı fövqəladə hallar planını ehtiva edir.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr