AZ

Gürcüstan həbsxanalarında yeni ANTİREKORD

Gürcüstanda məhbusların sayı 2014-cü ilin göstəricisini keçərək yeni antirekord qırıb. 2024-cü il sentyabrın 1-nə Gürcüstan həbsxanalarında 10 523 nəfər olub.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti "Sakstat" məlumat yayıb.

Bildirilir ki, 2014-cü ildə 10 372 nəfərlik pik həddindən sonra bu rəqəm sonrakı illərdə 9 800-ü keçməyib.

Mütləq antirekord isə 2011-ci ildə qeydə alınıb. O zaman 24 114 nəfər həbsxanada olub. (Oxu.Az)

Seçilən
1
7
musavat.com

8Mənbələr