AZ

Makqreqordan qalmaqallı açıqlama

İrlandiyalı ulduz döyüşçü və UFC-nin tarixində eyni vaxtda müxtəlif çəki kateqoriyalarında iki kəmərə sahib olan Konor Makqreqor sosial şəbəkələrdə qalmaqallı açıqlama yayıb.

Medianews.az idman.biz-ə istinadla xəbər verir ki, o, özünü ən böyük döyüşçü adlandırıb.

36 yaşlı boksçu bu barədə X sosial şəbəkəsində yazıb: “Mən Allahın yaşıl torpağında ən böyük döyüşçüyəm. Mənim IQ-üm yadplanetli Alien səviyyəsindədir”.

Qeyd edək ki, Makqreqor 2013-cü ildə UFC-yə qoşulub. İrlandiyalı qaydasız döyüşdə 28 görüş keçirib və 22 qələbə qazanıb, 6 dəfə isə uduzub.

Seçilən
10
2
medianews.az

3Mənbələr