AZ

"Qarabağ" rəqibini minimal hesabla məğlub etdi

Misli Premyer Liqasında IX tura yekun vurulub.

Axar.az xəbər verir ki, son oyun günündə “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Elvin Cəfərquliyev vurub.

Bu qələbə Ağdam təmsilçisinə ölkə çempionatındakı 21-ci xalı qazandırıb. Turnir cədvəlinə "Qarabağ" başçılıq edir.

Seçilən
0
2
axar.az

10Mənbələr