AZ

Turun son oyunu: “Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasında IX tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə “Sumqayıt” və “Qarabağ” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Elvin Cəfərquliyev vurub.

 

Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Zirə”ni minimal hesabla üstələyib - 1:0.

 

Turun daha əvvəl baş tutan qarşılaşmalarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” isə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. “Sabah” və “Araz-Naxçıvan” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

 

Turnir cədvəlinə 21 xalla “Qarabağ” başçılıq edir. “Turan Tovuz” 18 xalla 2-ci, 17 xallı “Araz-Naxçıvan” isə 3-cü pillədə qərarlaşıb.

Seçilən
0
5
modern.az

10Mənbələr