AZ

Hərbi qulluqçumuz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlunun səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunarkən kəskin ürək və ağciyər çatışmazlığından vəfat etməsi faktını təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət etsin!”, - nazirlikdən bildirilib.

Seçilən
3
49
operativmm.az

10Mənbələr