”Hizbullah” silahlıları Livandan İsrailin Dovev bölgəsinə sızıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edilib ki, onların dəqiqə sayı hələlik bilinmir.
Al-Jaaded televiziyası isə, 6 Hizbullah döyüşçüsünün yeraltı tunel vasitəsilə İsrailin şimalına sızmağa cəhd edərkən öldürüldüyünü bildirib.