Braziliya BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə Braziliyanın Rusiya Federasiyasındakı səfiri Rodriqo de Lima Baena Soareş "İzvestiya" qəzetinə məlumat verib.
Diplomatın sözlərinə görə, Braziliya TŞ-də islahatların aparılmasının zəruriliyində israrlıdır. Hazırda bu məsələ müzakirə olunur.
Səfir qeyd edib ki, ölkəsinin BMT TŞ-nin daimi üzvü olmaq üçün bütün əsasları var. Braziliya hökuməti hesab edir ki, TŞ qlobal Cənub ölkələrinin təmsil olunmasını təmin etmək üçün daha nümayəndəli və əhatəli olmalıdır.