AZ

DSX-nin giziri balıq tutarkən boğulub

Şəmkirdə Kür çayında boğularaq ölən 35 yaşlı kişi Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev Dövlət Sərhəd Xidmətinin giziri olub.

Herbiand.az xəbər verir ki, Abdullayev xidmətdən kənar vaxt yaşadığı Gəncə şəhərindən Şəmkir rayonu ərazisinə balıq tutarkən ehtiyatsız davranıb və çaya düşərək boğulub.

Gizirin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Seçilən
11
herbiand.az

1Mənbələr