AZ

Slovakiyanın baş naziri Fiko: Ukraynadakı münaqişə yalnız Qərb tərəfindən dəstəkləndiyi üçün hələ də davam edir

Slovakiyanın baş naziri Robert Fiko bəyan edib ki, Ukraynada münaqişə Qərbin Kiyevə dəstəyi səbəbindən hələ də davam edir, lakin münaqişənin hərbi yolla həlli mümkün deyil.

Editor.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Fiko Slovakiya Televiziya və Radiosuna (STVR) çıxışında bildirib.

“Qərbin Kiyevə dəstəyi səbəbindən Ukraynada münaqişə hələ də davam edir, lakin münaqişə hərbi yolla həll edilə bilməz. Qonşu ölkədə slavyanların bir-birini öldürdüyü hərbi münaqişə var və Avropa bu qətli əhəmiyyətli dərəcədə dəstəkləyir, mən bunu qətiyyən başa düşə bilmirəm. Fikrimcə, bu nə qədər tez bitsə, bir o qədər yaxşıdır. Ukraynada müharibə ancaq ona görə davam edir ki, Qərb onu qəti şəkildə dəstəkləyir. Hamı fikirləşir ki, Ukrayna vasitəsilə rusları diz çökdürəcəyik, amma bu rusofobiya işə yaramır. Aydındır ki, bu problemi hərbi yolla həll etmək olmaz”,- deyə o bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr