AZ

"Uğurlarımız onsuz təsəvvür edə bilmirəm!" - Xosep Qvariola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 7-ci turunda "Fulhem" üzərində qazandıqları qələbədən sonra komandasının qapıçısı Edersonu tərifləyib.

Fanat.Az xəbər verir ki, "BeanymanSports" onun sözlərini belə çatdırıb:

"Dəfələrlə demişəm ki, qazandıqlarımızı onsuz təsəvvür edə bilmirəm! Böyük qapıçılar belə zərbələri dəf etməlidirlər! Yaxşı yadımdadır, Çempionlar Liqasını Edersonun sayəsində qazanmışdıq. Önəmli oyunlarda qalib gəlmək üçün qolkiperlər parlaq qurtarışlarla diqqət çəkməlidirlər".

Xatırladaq ki, 7 oyuna 17 xal toplayan MS Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub.

Nihat

Seçilən
2
fanat.az

1Mənbələr