Təşkilat Qəzzaya hücumların əhatəsini azaltmağı və hətta İsraili Qəzzada atəşkəsə məcbur etməyi hədəfləyib. Əslində, İsrail qarşılıqlı hücumlardan sonra minlərlə vətəndaşını sərhəddən təxliyyə edib. Hizbullah da bölgəni raketlərlə vurmağa davam edib. Lakin İsrailin hücumları yanvarın 2-də Livanın paytaxtı Beyruta çatıb. Bu aralıqda İsrail və HƏMAS arasındakı danışıqlarda əsas fiqurlardan biri olan Salih Aruri sui-qəsd nəticəsində həyatını itirib. O, oktyabrın 7-dən sonra Fələstin ərazisindən kənarda öldürülən HƏMAS-ın ilk yüksək rütbəli rəsmisi idi. İsrail-HƏMAS müharibəsi Yaxın Şərq və region bölgələrdə bir çox ölkələrə ciddi təsirlər göstərib. İran HƏMAS və Hizbullahı dəstəkləyərək İsrailə qarşı mübarizəni artırıb. Bu zaman İsrail dekabrın sonunda Dəməşq yaxınlığında hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü Seyid Razi Musəvi həlak olub. İsrail İranın Dəməşqdəki konsulluğunun binasını vurduqdan sonra Tehran ilk dəfə İsraili birbaşa hədəfə alıb. “Əsl vəd” adlı əməliyyatda İsrailə 300-dən çox pilotsuz uçuş aparatı və raketlə cavab verib. Pilotsuz uçuş aparatları saatlar sonra İsrail səmasına çatdıqda "Dəmir Qübbə" işə salınıb.
İsrail ordusu İranın hərbi hava vasitələrinin əksəriyyətinin İsrail sərhədləri xaricində zərərsizləşdirildiyini açıqlayıb. Ölkənin cənubundakı hərbi bazada isə cüzi dağıntılar baş verib. Oktyabrın 31-də müharibəyə qoşulan husilər fələstinlilərə dəstək mesajı verib və Qırmızı dənizdə İsraillə əlaqəli ticarət gəmilərini hədəfə alıblar. Hücumlar bir çox şirkətin tədarük zəncirini qırılma nöqtəsinə gətirdikdən və neft qiymətlərinə təsir etməyə başladıqdan sonra ABŞ-nin rəhbərlik etdiyi Husilərə qarşı çoxmillətli mübarizə qrupu yaradılıb. Məqsəd Ədən körfəzi və Qırmızı dənizdə sabitliyi bərpa etmək idi. Münaqişə şəbəkəsi genişlənərkən, xüsusilə İsrail-Livan xəttində baş verən hadisələr yeni çoxtərəfli vəziyyətin xəbərçisi olub. Hizbullah komandiri Fuad Şükür iyulun 30-da İsrailin hava hücumu nəticəsində öldürülüb.
Hizbullah lideri Nəsrullah dəfn mərasimindəki çıxışında İsraillə müharibənin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Hizbullah və İsrail arasında qarşılıqlı repressiyalarla davam edən münaqişələr hərtərəfli müharibəyə çevrilib. Əvvəlcə, Hizbullah üzvlərinə peycer və radio hücumları olunub. İki gün dalbadal həyata keçirilən misli görünməmiş kiberhücumlar yüzlərlə təşkilat üzvünün ölümünə səbəb olub. Hücumda yüksək səviyyəli komandir İbrahim Akil və Əhməd Vehbi də daxil olmaqla, Hizbullahın 16 üzvü öldürülüb. Təqvim 27 sentyabrı göstərəndə 32 ildir təşkilata rəhbərlik edən Həsən Nəsrullah İsrailin “Yeni Nizam” adlı əməliyyatı nəticəsində Hizbullahın qərargahında öldürülüb. Bütün bu hadisələrə İranın cavabı sərt oldu. Apreldəki hücumdan sonra İsraili bu dəfə daha genişmiqyaslı hücumla vurdu.
Oktyabrın 1-də İnqilab Keşikçiləri “Əsl vəd 2” adlı əməliyyatda İsrail hərbi bazalarını hədəf alan raket hücumları həyata keçirib. Hücumda ilk dəfə orta mənzilli hipersonik "Fəttah 1" raketlərindən istifadə edilib. Müharibə müasir texnologiyalarının (dronlar, kiber hücumlar və s.) istifadəsini daha aydın şəkildə ortaya qoyub Bu, gələcək münaqişələrdə istifadə olunacaq yeni strategiyaların inkişafına təsir edə bilər. Münaqişənin necə inkişaf edəcəyi və sülh proseslərinin bərpa olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Beynəlxalq səviyyədə siyasi dialoqun bərpa edilməsi üçün cəhdlər davam edir, lakin bunun nə dərəcədə uğurlu olacağı sual altındadır.