Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 33 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.
BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu. Təqaüdçülərin üçdə birini Ali Məktəbin tələbələri təşkil edir. Bununla da ölkə tarixində rekord qeydə alınıb.
BANM-in Prezident təqaüdçülərindən 9 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Kimya mühəndisliyi, 11 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliy, 1 nəfəri isə Kompüter elmləri ixtisaslarının tələbəsidir.
5-ci dəfədir ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında birincidir.
6Mənbələr
-
ikisahil.azBakı Ali Neft Məktəbi 33 Prezident təqaüdçüsü ilə ölkə birincisidir! ( 11776051)
-
demokrat.azBANM 33 Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu! ( 11758345)
-
azpolitika.infoBakı Ali Neft Məktəbi 33 Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu – Ölkə tarixində rekord ( 11758204)
-
fed.azBakı Ali Neft Məktəbi 33 Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu! ( 11757169)
-
azertag.azBakı Ali Neft Məktəbi 33 nəfər Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu ( 11756761)
-
qafqazinfo.azBANM 33 Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu! ( 11755978)