AZ

"Gavali Qrup" MMC-nin məcburi auditdən yayınması üzrə CƏRİMƏ TƏLƏBİ

“Gavali Qrup” MMC, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydalarına riayət etməmək səbəbi ilə inzibati cərimə ilə üzləşə bilər. Şirkət haqqında İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi əsasında protokol irəli sürülüb.

Məcəllənin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məcburi auditin həyata keçirilməsindən yayınan vəzifəli şəxslər 300 manatdan 600 manatadək cərimə olunarkən, hüquqi şəxslər üçün cərimə miqdarı 1500 manatdan 2500 manatadəkdir.

Hal-hazırda, bu iş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Məhkəmə baxış iclasının tarixi isə 15 oktyabr 2024-cü il, saat 09:35-dir.

Fuad Mədətov
Fins.az

Seçilən
15
fins.az

1Mənbələr