AZ

SON DƏQİQƏ... İran generalı Kaani itkin düşüb! Tehran və Təl-Əviv səsizdir


Müharibə başlayandan bəri ilk dəfə olaraq strateji liman şəhəri olan Hayfanın mərkəzi raketlərlə vurulub, İsrail mediası azı 10 nəfərin yaralandığını yazıb. 
Sherg.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı İsmayıl Kaaninin İsrailin Beyrutdakı hücumunda həlak olması xəbəri gündəmi dəyişib.
Qasım Süleymani qədər tanınmış olmayan Qüds Gücü komandiri Qaanidən bir neçə gündür heç bir xəbər yoxdur. Beynəlxalq mediaya danışan İran rəsmiləri, Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra Livanın paytaxtı Beyruta səfər edən briqada generalı İsmayıl Qaani ilə əlaqənin kəsildiyini bildirib.
 

 İsrailin davamlı bombardmanları səbəbiylə xilasetmə qrupları bölgəyə girə bilmir. İran mediası "General Kaani haradadır?" başlıqlı xəbərlər yayır.  New York Times qəzeti iranlı generalın sonuncu dəfə keçən həftə Beyrutda göründüyünü yazıb.
İsrail ordusu da dəqiq bir şərh verməyib. 

Bu gün İsrailin Qəzza zolağında 42 min fələstinlini qətlə yetirdiyi müharibənin birinci ilidir və Livan cəbhəsində münaqişələr şiddətlənir.
Müharibənin ikinci ilinə girdiyimiz kimi, İsrailin Qəzza zolağının işğalında həyatını itirənlərin sayı 41 min 909-a yüksəldi. Qurbanların üçdə ikisindən çoxunun uşaq və qadın olduğunu söyləyən Fələstinli səlahiyyətlilər dağıntılar altında qalan və cəsədləri tapılmayan daha minlərlə insan var.
Seçilən
11
sherg.az

1Mənbələr